EN

Bu ölkədə vətəndaşlar "evdə qal"acaqlar

İsrail İrana qarşı başlatdığı hücumun ardından öz vətəndaşlarına xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) İrana qarşı başladılan hücumdan sonra ölkə daxilində mülki müdafiə təlimatlarında təcili dəyişiklik edildiyini açıqlayıb.

IDF tərəfindən verilən bəyanatda bildirilib ki, bu gün yerli vaxtla saat 08:00-dan etibarən bütün bölgələrdə "tam fəaliyyət" rejimindən "məcburi fəaliyyət" rejiminə keçilib.

Yeni qaydalar çərçivəsində təhsil fəaliyyətləri, kütləvi tədbirlər və qeyri-zəruri iş yerlərinin fəaliyyəti qadağan edilib.

Qeyd olunub ki, yalnız əsas və kritik sektorların işinə icazə veriləcək.Açıqlamada vətəndaşların Daxili Cəbhə Komandanlığı tərəfindən yayımlanan rəsmi təlimatları izləməli olduqları vurğulanıb.

Cari göstərişlərin Milli Fövqəladə Hallar Portalı və Daxili Cəbhə Komandanlığının mobil tətbiqi vasitəsilə paylaşılacağı qeyd edilib.

Bu qərar İrana qarşı hücumdan sonra mümkün cavab zərbəsi ehtimalına qarşı qəbul edilib.

Chosen
17
1
cebheinfo.az

2Sources