EN

Cüdoçularımız finalda üz üzə gəldi Yusifov ilk dəfə qızıl qazandı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb.

O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. B.Ağayev gümüş medalla kifayətlənməli olub.

Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
7
qafqazinfo.az

8Sources