EN

“Liverpul”un baş məşqçisi 17 yaşlı futbolçuya geniş imkanlar yaradacaq

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Liverpul”un baş məşqçisi Arne Slot cinah oyunçusu Rio Nqumohaya mövsümün qalan hissəsində daha çox oyun praktikası verməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, 17 yaşlı futbolçu cari mövsümdə “qırmızılar”ın heyətində 15 oyunda meydana çıxıb. Lakin o, start heyətində cəmi üç dəfə yer alıb. Nqumoha nə Premyer Liqa, nə də UEFA Çempionlar Liqası matçlarında ilk “11-lik”də meydana çıxmayıb.

İngiltərə mətbuatı yazır ki, “Liverpul”un çalışdırıcısı mövsümün həlledici mərhələsində yüksələn ulduza etimad göstərməyə hazırdır. Niderlandlı mütəxəssis gənc ingilisin təkbətək mübarizələrdə rəqiblərini üstələmək bacarığının komandaya ciddi fayda verəcəyini düşünür.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources