EN

Çörçilin heykəli təhqir edildi

Fevralın 27-də Britaniyada Uinston Çörçilin heykəli təhqir edilib.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Məlumata görə, Fələstin tərəfdarı Londonun mərkəzində yerləşən heykəlin üzərinə qırmızı boya ilə təhqirlər yazıb. Heykələ "Sionist müharibə cinayətkarı" sözlərini yazan şəxs, həmçinin Fələstinin azadlığına çağıran şüarlar da qeyd edib. 38 yaşlı kişi həbs edilib.

Heykəl təmizlik üçün mühasirəyə alınıb.

Britaniya Baş nazirinin sözçüsü kişinin hərəkətlərini iyrənc və rüsvayçı adlandırıb.

Chosen
2
4
publika.az

5Sources