EN

Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja" beynəlxalq turnirində 1/4 final döyüşlərinə start verilib. Metbuat.az xəbər verir ki, Azərbaycan millisinin iki idmançısı bu mərhələni də qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.50 kq-da Bilalhəbaşi Nəzərov Rudolf Qarboyanla (Ermənistan) qarşılaşıb. Boksçu böyüklər arasında ilk beynəlxalq yarışında erməni Avropa çempionunu 4:1 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.Nəzərov yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) döyüşəcək.Malik Həsənov (65 kq) da növbəti qələbəsini qazanıb. O, Yertuqan Zeynulinova (Qazaxıstan) 5:0 hesabı ilə qalib gəlib. Həsənov finala vəsiqə uğrunda Yuri Falkao (Braziliya) ilə üz-üzə gələcək.Hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün azı bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, "Strandja"da yarımfinal görüşləri fevralın 28-də keçiriləcək.

Chosen
10
8
metbuat.az

10Sources