EN

Bütün dünya ondan danışır: 6 milyon izləyici topladı

Qış Olimpiya Oyunları 2026-da qazandığı qələbədən sonra amerikalı fiqurlu konkisürən Alysa Liu təkcə idman deyil, həm də dünya miqyasında media ulduzuna çevrilib.

Publika.az xəbər verir ki, qadınların fiqurlu konkisürmə yarışında möhtəşəm qələbədən sonra onun sosial şəbəkələrdə populyarlığı sözün əsl mənasında “partlayıb”. Oyunlar başlamazdan əvvəl Liunun hesabını təxminən 200 min istifadəçi izləyirdisə, indi bu rəqəm 6 milyona yaxınlaşır. Beləliklə, cəmi bir neçə gün ərzində auditoriyası demək olar ki, 20 dəfə artıb.

Bütün

Bütün

Bu da hamısı deyil. İdmançının videoları milyonlarla baxış və minlərlə şərh toplayır. Ən viral videolardan biri onun sınmış qızıl Olimpiya medalını göstərdiyi kadrlar olub. Həmin video 64 milyon baxış toplayıb. Bu görüntülər dərhal internetdə yayılıb və çempiona olan marağı daha da artırıb.

Chosen
42
publika.az

1Sources