EN

Rəşad Nəbiyev “Böyük Dəbilqə” turnirində medal qazanan idmançıları təbrik edib

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində qızıl medal qazanan Əhməd Yusifovu və gümüş medala sahib çıxan Balabəy Ağayevi təbrik edib.

İdman.Biz xəbər verir ki, qurum rəhbəri bu barədə “X”dəki hesabında yazıb.

“Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram”, - R.Nəbiyev paylaşımında bildirib.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal qazanıb.Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar… pic.twitter.com/WkqpOP2QaK

— Rashad Nabiyev (@RashadNNabiyev) February 27, 2026

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
3
icma.az

4Sources