EN

Azərbaycan niyə turizmin bu istiqamətindən yararlana bilmir?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Müasir dövrdə tibbi turizmin əhəmiyyəti böyükdür. Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün tibbi turizm sahəsində ölkəmizin imkanlarından istifadə edə bilmirik”.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsində keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmədə çıxışı zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib.

O, buna imkanların olduğunu da diqqətə çatdırıb:

“Tibbi turizmdən gələn gəlir digər turizm növlərindən gələn gəlirlərdən 6-10 dəfə yüksəkdir. Ölkəmiz bu sahədə böyük vəsait əldə edə bilər. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, bizim tanınmış, geniş imkanlı klinikalarımızın beynəlxalq akkreditasiyasını keçirməliyik. Dünya miqyasında klinikalarımızı tanısınlar. Tibbi turizmi inkişaf etdirmək istəyiriksə, mütləq ölkəmizdə reabilitasiya mərkəzləri də yaratmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
3
globalinfo.az

6Sources