Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Seyid Cəfər Pişəvəri və Ceyhun Səlimov küçələrində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a müraciət edərək məlumat verib. Kadrlardan görünür ki, 99-TK-014 dövlət nömrə nişanlı “Lada” markalı, 99-CL-120 dövlət nömrə nişanlı “KIA” markalı, 99-GF-059 dövlət nömrə nişanlı “Mercedes” markalı və 90-MV-208 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri sözügedən ərazilərdə taksilər üçün nəzərdə tutulmuş dayanacaqları zəbt ediblər.
Nəticədə taksi fəaliyyəti ilə məşğul olan sürücülər bu dayanacaqlardan istifadə edə bilməyiblər. Şikayətçinin sözlərinə görə, günün müxtəlif saatlarında dayanacaqlar dolu olur.
Xatırladaq ki, qanunvericiliyə əsasən taksi dayanacaqları yalnız taksilərin istifadəsi üçün nəzərdə tutulub. Şəxsi avtomobillərin bu dayanacaqlarda saxlanması isə qayda pozuntusu hesab olunur və inzibati cərimə ilə nəticələnir.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.