EN

Səudiyyə Ərəbistanı Qəzzada mətbəx qurub

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzi (KSrelief) Səudiyyə Ərəbistanının humanitar səylərinin bir hissəsi olaraq fələstinlilərə dəstək məqsədilə Qəzza zolağında mərkəzi mətbəx qurub.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mediası məlumat yayıb. 

Ramazan ayının başlanğıcından bəri Səudiyyə mətbəxi Qəzzanın mərkəzindəki Deyr əl-Bəlah və Əl-Qarara şəhərlərində yaşayan fələstinlilər üçün gündəlik 24 min isti yemək təmin etməyə başlayıb.

Təşəbbüs Səudiyyə Mədəniyyət və İrs Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağında Fələstin Xalqına Yardım üzrə Səudiyyə Ərəbistanının Xalq Kampaniyasının bir hissəsidir. Kampaniya müddətində Qəzzanın mərkəzindəki fələstinlilərə 3 milyon 600 min ədəd yemək hazırlanıb paylanacaq, bu, eyni zamanda, 40 yerli sakinin işlə təmininə imkan yaradıb.

KSrelief-in baş nəzarətçisi Dr. Abdullah Əl-Rabiah bildirib ki, Qəzza zolağındakı humanitar böhran bəşəriyyət tarixindəki ən böyük böhranlardan biridir. O, fələstinlilərin didərginlik və təcili humanitar ehtiyaclarla üzləşdiyini, Qəzza əhalisinin 90 faizinin yoxsulluq həddindən aşağı vəziyyətdə olduğunu, qida, su, dərmana, uşaqlar və körpələr üçün zəruri ehtiyaclara çıxışının olmadığını vurğulayıb.

Əlavə edib ki, Səudiyyə Ərəbistanı hava körpüsü, dəniz və quru karvanları istifadəyə verən ilk ölkələrdən biri olub. İordaniya və Misir keçidləri vasitəsilə 80-dən çox təyyarə və onlarla gəmi vasitəsilə Qəzzaya yardım göndərilib. O bildirib ki, KSrelief 2023-cü ilin oktyabr ayından sonra, başqa vasitələrin mümkün olmadığı bir vaxtda Qəzzaya yardım çatdırmaq üçün havadan yükləri atmaqla göstərib. 

Əl-Rabiah Səudiyyə Ərəbistanı mətbəxinin 36 mindən çox ailəyə xidmət göstərəcəyini və onu bir qrup məcburi köçkün üçün mövcud olan ən böyük mərkəzi mətbəx adlandırıb.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
525.az

1Sources