EN

Paşinyanın sabiq komanda üzvü seçkilərə qatılmayaq

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur  Vanesyanın liderlik etdiyi “Vətən” partiyası iyun ayının 7-də keçiriləcək parlament seçkilərində iştirak etməmək qərarına gəlib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Vətən” partiyasının icra orqanı qərar qəbul edib.

“Seçkilərdə müxalifət meydanından iştirak edən qüvvələrin sayının artması seçicilərin səslərinin parçalanmasına və siyasi resursların bölüşdürülməsində səmərəsizliyə səbəb ola bilər ki, bu da gözlənilən seçki proseslərinin nəticələrinə mənfi təsir göstərə bilər”, - deyə qərarda bildirilir.

“Vətən” partiyası üzvlərini  və tərəfdarlarını qarşıdan gələn parlament seçkilərində öz seçimlərinə uyğun olaraq hər hansı bir real müxalifət qüvvəsinə səs verməyə çağırıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
cebheinfo.az

2Sources