EN

Rusiyanın büdcə kəsiri görünməmiş həddə çatdı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada federal büdcə kəsiri 2026-cı ilin yanvar ayında 1,7 trilyon rubl təşkil edib. Bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə 252 milyard rubl artım deməkdir.

"Cebheinfo.az" bu barədə Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər verir. 

Ümumi daxili məhsula (ÜDM) nisbətdə büdcə kəsiri dəyişməyərək 0,7% səviyyəsində qalıb.Yanvar ayında ümumi büdcə gəlirləri 2,3 trilyon rubl olaraq qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% azalma deməkdir.

Ən kəskin azalma neft və qaz gəlirlərində müşahidə olunub. Bu bənd üzrə gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə yarıbayarı azalıb. Maliyyə Nazirliyi bu vəziyyətin "əsasən neft qiymətlərindəki enişlə bağlı" olduğunu açıqlayıb.

"T-Investments"-in baş iqtisadçısı Sofya Donets yanvar ayı büdcə məlumatlarını şərh edib. Donets bu ilin yanvar ayındakı kəsirin ötən ilin eyni dövrü ilə oxşarlıq təşkil etdiyini, lakin səbəblərin fərqli olduğunu bildirib:

"Ötən il kəsirin artması xərclərin çoxalmasından qaynaqlanırdısa, bu ilki kəsir gözlənilən neft və qaz gəlirlərindəki azalmadan irəli gəlir. Qeyri-neft gəlirləri isə bu kəsiri bağlamaq üçün çox yavaş artır. 

ƏDV gəlirlərindəki artıma və vergi dərəcələrinin yüksəlməsinə baxmayaraq, qeyri-neft gəlirləri 5%-dən aşağı böyümə göstərir. Bu da iqtisadiyyatın zəif nominal artımını əks etdirir".

Donets neft qiymətlərinin aşağı səviyyədə qalacağı təqdirdə ilin sonuna büdcə kəsirinin ötən ilki səviyyələrdə (ÜDM-in təxminən 2,5%-i civarında) ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu, Milli Rifah Fondunun əriməsinə yol açacaq və gələn il üçün ya xərclərin ixtisarını, ya da büdcə qaydası parametrlərinin yenidən nəzərdən keçirilməsini tələb edəcək.

Maliyyə Nazirliyinin rəsmiləri yanvar ayındakı yüksək kəsiri "xərclərin öncədən həyata keçirilməsi" ilə izah ediblər.

Nazirlik ilin sonuna büdcə kəsirini 3,8 trilyon rubl səviyyəsində saxlamağı hədəflədiklərini bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
cebheinfo.az

2Sources