EN

"Zirə" "Araz-Naxçıvan"ı məğlub etdi

Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasının XXII turunda "Zirə" səfərdə "Araz-Naxçıvan"a qalib gəlib.

Hafta.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "qartallar" 1:0 hesabı ilə qələbə qazanıblar.

67-ci dəqiqədə Ayron Qomis görüşdə yeganə qolu vurub.

"Zirə" bu qələbə ilə xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin dördüncü sırasında qərarlaşıb. "Araz-Naxçıvan" isə 33 xalla beşincidir.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Sumqayıt"a (3:0) qalib gəlib. Tura martın 1-də yekun vurulacaq.

Chosen
23
3
hafta.az

6Sources