EN

Külək gücləndi, qar yağmağa başladı Faktiki hava

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fevralın 27-si saat 15:00-a olan faktiki hava açqılanıb.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 27-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16 m/s, Şamaxıda 15 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara, Ağdamda yağış, Xınalıq, Ordubad, Şahdağa isə qar yağır.

Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
32
globalinfo.az

10Sources