Misli premyer-liqasının 22-ci turunda “Zirə” səfərdə “Araz-Naxçıvan”a qalib gəldi - 1:0.
Oyunsonrası mətbuat konfransında Rəşad Sadıqov jurnalistlərin suallarını cavabladı.
- Olduqca vacib qələbə idi. Əzmarlığa görə futbolçularıma təşəkür edirəm. Eyni səviyyədə komandaların oyunu idi. Avrokuboklar üçün lazımi qələbə idi. Çox istəyirdik ki, qələbə qazanaq. Ağır qrafikimiz var idi. 6 oyunda 10 xaı qazana bildik. “Sumqayıt”a qarşı kubok oyunumuz var, ona hazırlaşmalıyıq.
- “Sumqayıt”ın qeyri-sabit nəticələr göstərməsi ilə deyə bilərik ki, avrokubok rəqiblərinizdən biri azaldı?
- Qəti razı deyiləm. Qırmızı vərəqə qədər yaxşı oynayırdılar. “Kəpəz” fürsətlərdən istifadə etdi. Rotasiya edərək oynadılar. Bizimlə oyunda yorğun olmayacaqlar.
- “Sumqayıt”ın çempionatda zəif oynaması kubokda daha iddialı olacaqları deməkdi?
- Təbii ki. Kubokda daha istəkli olacaqlar. Məncə, “qırmızı”dan sonra məşqçiləri kubok oyununu düşünürdü. Mən də olsam, elə edərdim.
MÜZƏFFƏR QULUZADƏ