EN

“Bakı–Xankəndi” veloturuna qatılacaq komandaların sayı artdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” veloturuna qatılacaq komandaların sayı artıb.

Fanat.Az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadən xəbər verir ki, iştirakçıların siyahısına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata - GUAM-a üzv ölkələrin kontinental komandası əlavə olunub.

Bununla da turnirdə çıxış edəcək komandaların sayı 20 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 16 kontinental komanda və Azərbaycan yığması olmaqla 25-ə yüksəlib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

Chosen
2
fanat.az

1Sources