EN

"Qalatasaray"ın prezidenti 15 günlük futboldan uzaqlaşdırıldı

Türkiyənin "Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbek cəzalandırılıb.

Moderator.az-ın məlumatına görə, müvafiq qərar Türkiyə Futbol Federasiyası nəzdində fəaliyyət göstərən Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən verilib.

Dursun Özbek 15 gün ərzində hüquqlarından məhrum edilərək futbol fəaliyyətindən uzaqlaşdırılıb. Həmçinin, "cim-bom" ümumi hesabda 3 milyon 700 min türk lirəsi (təxminən 143 082 manat) dəyərində cərimələnib.

Bundan başqa, klubun fevralın 21-də "X" sosial şəbəkəsindəki rəsmi hesabında və fevralən 22-də rəsmi saytında yayımladığı bəyanatlarda futbol qurumlarının imicinə zərər vuran ifadələrin işlədilməsi səbəbindən əlavə 2.7 milyon lirə cərimə tətbiq edilib.

Chosen
27
2
moderator.az

3Sources