EN

Kim Çen Inın qızı yenidən gündəmdə

Yenidən Koreya İşçi Partiyasının (KİP) baş katibi seçilən Kim Çen Inın mərasimlərdən birinə qızı Kim Çju Eilə birlikdə qatılması varisliklə bağlı yenidən müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, ata və qızın balkonda oxşar dəri gödəkçələrdə yanaşı dayanması mümkün varislik prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Hərbi rəsmilərin gənc qıza salam verməsi isə Pxenyandakı rejimin gələcəyi ilə bağlı ən güclü siqnal kimi qəbul edilib.

Tədbirdə Rusiya ilə dərinləşən hərbi əməkdaşlıq da diqqət mərkəzində olub. Rusiya-Ukrayna müharibəsində iştirak etmiş əsgərlərin Rusiya bayrağı ilə yürüşü Moskva ilə Pxenyan arasında formalaşan yeni hərbi xətti nümayiş etdirib.

Chosen
3
publika.az

1Sources