EN

Vinisiusun sevgilisi başqa kişini öpdü, görün necə reaksiya verdi

Sosial şəbəkələrdə "Real"ın ulduzu Vinísius Juniorun sevgilisi Vircinya Fonsekanın iştirak etdiyi video geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, televiziya proqramı zamanı məşhur influenser studiyada tanınmış aparıcını öpüb. Həmin an qısa müddətdə internetdə yayılıb və azarkeşlərin ciddi reaksiyasına səbəb olub.

Maraqlıdır ki, Vinícius bu paylaşmaya sakit reaksiya verib. Braziliyalı futbolçu videonun altına ürək emojisi ilə şərh yazıb.

Qeyd edək ki, son dövrlərdə futbolçu yalnız "Real"dakı çıxışı ilə deyil, həm də şəxsi həyatı ilə diqqət mərkəzindədir.

Chosen
11
publika.az

1Sources