EN

Talıb Tale efir qadağası iddiasından DANIŞDI: “Məhkəməyə müraciət edəcəyəm!“ - ÖZƏL/VİDEO

Müğənni Talıb Tale haqqında efir qadağası qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Bu barədə sənətçi Bizim.Media-ya danışıb. Talıb deyib ki, məlumatı mətbuatdan oxuyub:

“Hər kəs mənə xəbəri göndərib, yeni məlumat aldım. Birinci ciddiyə almadım, sonra gördüm ki, insanlardan çox reaksiya gəlir, zənglər gəlir.

Həmin sayta zəng etdim, soruşdum ki, bu məlumatı nəyə əsasən vermisiz? Dedilər ki, açıqlaya bilmərik. Mən də rayondayam, yas yerinə gəlmişəm, başım qarışıqdır. Bakıya gələndə bununla ciddi məşğul olacağam, bu məlumatın hansı əsası var? Açıqlama  olmasa məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayımlayıb.


Sara, Bizim.Media

Chosen
14
3
bizim.media

4Sources