EN

Şamaxıda qadının qəsdən öldürülməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şamaxı Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Chosen
18
10
azertag.az

10Sources