EN

Dayanıqlı inkişaf üçün CAREC ölkələrinin effektiv "yaşıl" maliyyələşmə mexanizmlərinə ehtiyacı var

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)ölkələri dayanıqlı inkişafa nail olmaq üçün etibarlı “yaşıl”maliyyə mexanizmlərinə ehtiyac duyurlar.

Bu barədə Trend“CAREC İnstitute”a istinadən xəbər verir.

Hesabata əsasən, CAREC ölkələrində aşağı fiskal imkanlar və“yaşıl” kapital bazarının zəif inkişafı iri miqyasda maliyyəvəsaitlərinin səfərbər edilməsini məhdudlaşdırır.

“Yaşıl” maliyyələşmənin məqsədli alətləri olmadan CARECregionunda aşağı karbonlu iqtisadiyyata keçid milli öhdəliklərə vəbeynəlxalq iqlim hədəflərinə uyğun gəlməyə bilər. Qlobal “yaşıl”keçid şəraitində effektiv maliyyə mexanizmlərinin yaradılmasıdayanıqlı inkişafa nail olmaq üçün zəruri əhəmiyyət daşıyır”, -deyə“CAREC Institute” qeyd edir.

Hesabat müəllifləri CAREC ölkələrində “yaşıl” maliyyələşməsistemlərinin hazırlanması və həyata keçirilməsində uzunmüddətliənənəvi inkişaf modelləri və siyasi çərçivələr nəticəsindəformalaşmış struktur zəiflikləri vurğulayırlar. Əsas problemlərsiyasətin parçalanması və kompleks yanaşmanın olmaması olaraqqalır: bir çox hökumətlər ayrı-ayrı sahələrdə (məsələn, bərpaolunan enerji) pərakəndə tədbirlər tətbiq edir, lakin vahid ekolojirisklərin qiymətləndirilməsi sistemləri, məlumatların açıqlanmasımexanizmləri və stimullaşdırıcı alətlər formalaşdırmurlar.

Ümumilikdə, müəlliflərin qeyd etdiyinə görə, CAREC ölkələrində“yaşıl” maliyyələşmə inkişafın ilkin mərhələsindədir. “Siyasətçiləronun potensialını getdikcə daha çox qəbul etsələr də, praktiki icrazəif inkişaf etmiş kapital bazarları, parçalanmış tənzimləyicisistemlər və kifayət qədər institusional imkanların olmamasısəbəbindən məhdud olaraq qalır. Bir çox maliyyə institutlarıekoloji risklərin və layihələrin qiymətləndirilməsi üçün texnikiekspertizaya malik deyil. Standart taksonomiyaların, etibarlıməlumat açıqlama sistemlərinin və effektiv regional koordinasiyanınolmaması da bazarın inkişafına mane olur. ‘Yaşıl’ maliyyələşmə ilə‘yaşıl’ transformasiya arasındakı qarşılıqlı əlaqənin araşdırılmasıpraktiki əhəmiyyət daşıyır və səmərəli siyasətin, investisiyastrategiyalarının və beynəlxalq əməkdaşlığın hazırlanması üçünzəruridir”, -deyə hesabatda bildirilir.

Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsivə yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə vəinkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır:Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources