EN

Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2026-cı ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Miqrasiya Xidməti İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank (tövsiyə olunur), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birgə “Rəqəmsal Səyyah Vizası” və “Rəqəmsal İstedad Vizası” proqramlarının vahid platforma üzərindən tətbiqi, “Xüsusi Vergi Rejimi”nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxmanı təmin etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
9
apa.az

10Sources