Türk dünyasının gələcəyi üçün koordinasiyalı fəaliyyət vacibdir.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam Bakıda keçirilən "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, türk dövlətləri arasında birlik və əməkdaşlıq davam edir:
"Koordinasiyalı fəaliyyət Türk dünyasının gələcək nəsliin nkişafı üçün vacibdir. Biz çalışırıq ki, bütün dünyaya sülh və xoşbəxtlik ehtiva edən mədəniyyət bəxş edək".
S.Çam sonda Azərbaycana yüksək təşkilatçılığa görə təşəkkür edib.