EN

Türk dövlətləri qədim türk mədəniyyətini ortaq dillə yaymalıdır - Sayit Yusuf

Türk dövlətləri qədim türk mədəniyyətini ortaq dillə yaymalıdır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, 1926-cı ildə Birinci Türkoloji Qurultayda da əsas məqsədlərdən biri ortaq Türk əlifbası olub.

Sayit Yusuf vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı, universitetlər və qurumlar öz müstəqil yanaşmaları çərçivəsində nələr etməli olduqlarını müəyyənləşdirməlidirlər:

"Bəşər sivilizasiyasının ortaya qoyduğu ən mühüm mədəniyyət formalarından biri dildir. Mədəniyyətimizin daha geniş şəkildə daşınması, birlik və həmrəyliyimizin daha da gücləndirilməsi baxımından nələr etməli olduğumuzla bağlı özünütənqid aparmaq məcburiyyətindəyik".

Chosen
1
missiya.az

1Sources