BAKI, 27 fevral. TELEQRAF
Pakistan Baş naziri Şahbaz Şərif Rusiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Səid Moskva-İslamabad media forumunda çıxışı zamanı bildirib.
Komitə rəhbəri səfərin gələn həftəyə planlaşdırıldığını qeyd edib.