EN

Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır EKSPERT FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni sürənlər yol nişanlarının təsir dairəsini düzgün başa düşməli və buna riayət etməlidirlər. 

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bəzən sürücülər “geriyə dönmək qadağandır” nişanını səhv başa düşür:

“Bu nişan yalnız geriyə dönməni qadağan edir. Yəni, həmin yerdə sola dönmək mümkündür. Eyni şəkildə, “sola dönmək qadağandır” nişanı yalnız sola dönməni qadağan edir və geriyə dönmək üçün maneə yaratmır”, – deyə Aqil Rəhimov qeyd edib.

Ekspert vurğulayır ki, nişanların düzgün başa düşülməməsi tıxaclara və yol hərəkəti qəzalara səbəb ola bilər. Sürücülər qadağanedici nişanların təsir dairəsini dəqiq bilməli və hərəkət edərkən diqqətli olmalıdırlar.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
avtosfer.az

1Sources