EN

Abiy Əhməd Əli: Efiopiya ilə Azərbaycan arasında əməkdaşlıq genişlənir

BAKI, 27 fevral. TELEQRAF

Efiopiya ilə Azərbaycan arasında əməkdaşlıq son illərdə davamlı olaraq genişlənir və tərəflər əlaqələri daha da möhkəmləndirməyə və inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Teleqrafxəbər verir ki, bunu Efiopiyanın Baş naziri Abiy Əhməd Əli "X" hesabında yazıb.

"Son bir neçə il ərzində tərəfdaşlığımız durmadan genişlənib, buna aviasiya sektorunda iqtisadi əməkdaşlıq, sənaye parkları və azad ticarət zonalarında əməkdaşlıq, eləcə də Efiopiyanın investisiya holdinqləri ilə Azərbaycan şirkətlərinin birgə layihələri təkan verib. Bu təşəbbüslər ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə möhkəm zəmin yaradıb. Bu gün aparılan ətraflı müzakirələr zamanı biz bu əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirməklə bağlı razılığa gəldik", - Abiy Əhməd Əli qeyd edib.

Bakıda rəsmi səfərdə olan baş nazir həmçinin Azərbaycana ilk rəsmi səfəri çərçivəsində səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Chosen
9
7
teleqraf.com

8Sources