EN

Mühacirətə getdiyi deyilən Araz Əliyev danışdı ÖZƏL

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, III Respublika Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyev Azərbaycanı  tərk edərək mühacirətə yollanıb.

 Gununsesi.info  ictimai fəalın ölkəni tərk etməsinə dair mövqeyini öyrənib.

Hazırda ölkə xaricində olduğunu təsdiqləyən Araz əliyev deyib ki,  2025-ci ilin iyununda tibbi səbəblərlə Azərbaycandan çıxıb:

“Ancaq hazırda hər hansı Avropa ölkəsində deyiləm. Hər hansı Avropa ölkəsindən siyasi sığınacaq almaq üçün də müraciət etməmişəm”.

Araz Əliyev gələcəkdə bu cür müraciət edəcəyini istisna etməyib:

“Çünki “siyasi mühacir” statusunun problemli olduğunu düşünmürəm. Bir ölkənin vətəndaşı öz siyasi fikirləri səbəbilə təqib olunursa, söz, ifadə azadlığından, konstitusion hüquqlarından istifadə edə bilmirsə, bu, siyasi sistemin günahıdır. Bir vətəndaş  qorunmaq üçün beynəlxalq müdafiəyə ehtiyac duyursa, problemin ünvanı da, səbəbkarı da bəllidir. Əgər mənim də gələcəkdə belə bir qərarım olarsa, hər zaman olduğu kimi ictimai paylaşım edərək hər kəsi məlumatlandıracam. Nəticədə ictimai fəaliyyətlə məşğul olan şəxslərin davranışlarında şəffaf olmaları və cəmiyyət üçün örnək təşkil etməli olduqlarına inanıram. Hər nə qədər bu cür şəffaflığı və örnək davranışı siyasi hakimiyyətdən görməsək də, biz də bizə yaraşanı etməliyik”.

Qeyd edək ki, dəfələrlə inzibati qaydada həbs edilən Araz Əliyevin ölkədən çıxışına “stop” qoyulmuşdu.

Onun bu yaxınlarda anasını xaricdə əməliyyata aparması ilə əlaqədər ölkədən çıxışına qoyulan məhdudiyyət götürülmüşdü.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
icma.az

1Sources