EN

Qətər nədən narahatdır?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Pakistan-Əfqanistan sərhədində hərbi qarşıdurma Qətəri narahat edib. 

“Cebheinfo.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, cümə axşamı Pakistan xarici işlər naziri İshaq Dar və Qətər XİN rəhbərinin müavini Məhəmməd Bin Əbdüləziz Əl-Xulafi arasında telefon danışığı baş tutub. 

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər, o cümlədən regional və beynəlxalq məsələlər barədə müzakirələr aparılıb.

Lakin Pakistan-Əfqanistan sərhədində gərginlik ilə bağlı məsələyə toxunulub-toxunulmaması hələ dəqiq məlum deyil.  

Mətbuat katibi Tahir Əndrabi qeyd edib ki, ölkənin Baş naziri Şahbaz Şərifin yaxın günlərdə Dohaya rəsmi səfəri gözlənilir.T.Əndrabi öz sosial şəbəkə hesabında bildirib ki, Ş.Şərif Qətərin dövlət rəhbəri ilə görüşündə regional məsələlər, xüsusilə Əfqanistanda hazırkı durumla bağlı məsələni müzakirə edəcək. 

Qeyd edək ki, Qətər İslamabad ilə geniş münasibətlərə malik olmaqla yanaşı “Taliban”la da diplomatik-siyasi təmasları var.

Rəsmi Doha iki ölkə arasındakı münaqişənin həllində vasitəçi kimi iştirak etməyə hazır olduğunu bildirib. 

Yunis Abdullayev 

“Cebhjeinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
cebheinfo.az

2Sources