EN

“Qarabağ”ın legioneri: “Başımız aşağı deyil”

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Başımız aşağı deyil, başımız dik şəkildə UEFA Çempionlar Liqasından ayrılırıq". Sport24.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Coni Montiel sosial şəbəkə hesabında yazıb.27 yaşlı yarımmüdafiəçi komandasının cari mövsüm qitənin bir nömrəli klub turnirində uğulu çıxışına toxunub:"Komanda dünyanın ən yaxşı klublarına, futbolçularına qarşı mübarizə apardı və döyüşdü. Hamımız birlikdə, eyni istiqamətdə hərəkət edərək çox vacib bir nəticə əldə etdik. Yenidən bura qayıtmaq üçün mübarizə aparacağıq. İndi isə bizi qarşıda gözləyənlər haqqında düşünməyin vaxtı çatıb".Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsinədək irəliləyə bilib. Komanda bu raundda İngiltərənin "Nyukasl" klubuna uduzub - 1:6, 2:3. Ötən ilin avqustunda Ağdam təmsilçisinə transfer olan Coni Montiel noyabrda bu turnirin iştirak ərizəsinə salınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
186
2
sport24.az

3Sources