EN

Bu, dərinin parıltısını azaldır

Otolarinqoloq Paulo Reis bildirib ki, insanın görünüşündən pis yuxu çəkdiyi bilinər.

Redaktor.az xəbər verir ki, xroniki yuxusuzluğun üzə təsir edən əlamətlərini o, "Terra" nəşri ilə söhbətində açıqlayıb.

Reis qeyd edib ki, gecə istirahəti zamanı dəri yenilənməsi üçün hüceyrə bərpası baş verir. “Yaxşı yuxu çəkənlərin görünüşü adətən dinc, dərisi parlaq və gözaltı dairələrsiz olur. Pis yuxu zamanı qan dövranı pozulur, gözaltı dairələr və şişkinlik yaranır, dərinin parıltısı itir,” — deyə o, izah edib.

Bundan əlavə, həkim bildirib ki, xroniki yuxusuzluq dərinin yaşlanmasını sürətləndirir, çünki o, oksidləşmə stressini artırır və kollagen istehsalını azaldır. Nəticədə üzə qırışlar yaranır.

Aytəkin TOFİQQIZI

Chosen
17
1
redaktor.az

2Sources