Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Traktor" İran çempionatının (Pro Liqa) növbəti turunda öz meydanında "Qol-Qohər"ə qalib gəlib.
Gunaz.tv
Təbrizin Səhənd stadionunda keçirilən matçda yeganə qolu 43-cü dəqiqədə Mehdi Haşimnejad vurub. Baş hakim əvvəlcə oyundan kənar vəziyyət əsasında qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərar dəyişib və qol qeydə alınıb.
Qeyd edək ki, bu qələbə Məhəmməd Rəbiinin rəhbərliyi altında "Traktor"un çempionatdakı ilk uğuru olub. Bu nəticədən sonra xallarının sayını 39-a çatdıran Təbriz təmsilçisi müvəqqəti olaraq turnir cədvəlinin liderliyinə yüksəlib. "Qol-Qohər" isə 36 xalla 4-cü pillədə qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.