EN

Milli Kitabxanada Xalq yazıçısı Əli Vəliyev həsr olunmuş sərgi istifadəçilərə təqdim olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

XX əsr Azərbaycan nəsrinin inkişafında, ədəbi dilimizin zənginləşməsində özünəməxsus imzası olan, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Görkəmli ədib, Xalq yazıçısı Əli Vəliyev” adlı virtual və “Xalq yazıçısı Əli Vəliyev – 125” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə yazıçının hekayələri, povestləri, romanları, oçerkləri, felyetonları, nağıl və əfsanələri, redaktor olduğu və “Ön söz” yazdığı kitablar, həyatı, yaradıcılığı və görkəmli şəxsiyyətlərin onun haqqında xoş xatirələrindən bəhs edən ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Eli_Veliyev/index.htm  linkindən istifadə edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
azertag.az

2Sources