EN

Beynəlxalq elmi konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Bakı, 27 fevral, AZƏRTAC

AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Sonra konfrans iştirakçıları “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, gül dəstələri düzülüb.

 

Chosen
3
2
azertag.az

3Sources