EN

BMT rəsmisi Bakıda WUF13-ün əsas mesajlarından danışıb

Bakı. Trend:

2026-cı il qlobal şəhər inkişafı baxımından xüsusi əhəmiyyətdaşıyır. Çünki hazırda dünya ciddi mənzil böhranı iləüz-üzədir.

Trend xəbərverir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) QlobalBilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru bu gün Bakıdakeçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün dünyada təxminən 3 milyard insanadekvat mənzilə malik deyil: "1,1 milyard insan qeyri-formalyaşayış məntəqələrində və gecəqondularda ağır və təhlükəli şəraitdəyaşayır. 300 milyondan çox insan isə evsizdir. Bu, böhranınmiqyasını açıq şəkildə göstərir və Forumun əsas diqqət mərkəzindəməhz bu məsələ dayanacaq.

Bundan əlavə, 2016-cı ildə Ekvadorun paytaxtı Kitoda keçirilənkonfransda dünya ölkələri davamlı urbanizasiyanın təşviqi ilə bağlıYeni Şəhər Gündəliyini qəbul etmişdilər. 2026-cı ildə həmin sənədinqəbulundan 10 il ötür. Artıq görülən işləri qiymətləndirmək,boşluqları müəyyənləşdirmək və növbəti onillik üçün prioritetlərimüəyyən etmək vaxtıdır".

BMT rəsmisi vurğulayıb ki, bu il həm də BMT Baş AssambleyasındaYeni Şəhər Gündəliyinin 10 illik icrasının nəzərdən keçirilməsiplanlaşdırılır: "Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin,xüsusilə də Dayanıqlı İnkişaf Məqsədi 11-in icra vəziyyətiqiymətləndiriləcək.

Qarşıdakı dövrdə əsas diqqət adekvat və əlçatan mənziltəminatına, eləcə də bütün maraqlı tərəflərlə əməkdaşlığıngücləndirilməsinə yönələcək.

Forumun əsas tematik istiqaməti mənzil və ev anlayışıdır. Ev hərbir insan üçün fundamental əhəmiyyət daşıyır. Hamımız evin nə deməkolduğunu anlayırıq və adekvat mənzilə malik olmamağın yaratdığıçətinlikləri təsəvvür edə bilirik. Forum məhz bu sual ətrafındaqlobal müzakirələr aparacaq".

Edlam Yemeru Ümumdünya Şəhərsalma Forumunun əsas mesajlarınınaşağıdakılar olduğunu bildirib:
* Qlobal mənzil böhranına son qoymaq və hər kəs üçün adekvat vəəlçatan mənzil təmin etmək;
* 1,1 milyard insanın yaşadığı qeyri-formal yaşayış məntəqələrinintransformasiyasını sürətləndirmək, çünki bu baş verməzsə, risklərvə itkilər daha da artacaq;
* Mənzil məsələsinin təxirəsalınmaz olduğunu vurğulamaq – 3 milyardinsan gözləyə bilməz;
* Mənzilin insan inkişafının və davamlı inkişafın bütünaspektlərinin təməli olduğunu önə çəkmək.

"Ev sağlamlığın, təhsilin və imkanların əsasını təşkil edir. Evtəhlükəsizlik və sabitlik deməkdir. Ev həm bugünkü, həm də gələcəknəsillərin rifahının təməlidir. Daha yaxşı mənzil daha yaxşı dünyademəkdir. Mənzil böhranı həll olunmadan Dayanıqlı İnkişafMəqsədlərinə və 2030 Gündəliyinə nail olmaq mümkün olmayacaq.
Forum çərçivəsində mənzil məsələsinin digər qlobal çağırışlarlaəlaqəsi də müzakirə ediləcək: iqlim dəyişikliyi, münaqişələr,yoxsulluq, bərabərsizlik, təbii fəlakətlər, iqtisadi artım, ticarətvə sənayeləşmə kimi məsələlər birbaşa mənzil ilə bağlıdır. Mənzilbu sahələrdə həm imkanlar yaradır, həm də vaxtında həll olunmadıqdaciddi risklər doğurur.
Ümumdünya Şəhərsalma Forumu məhz bu qlobal çağırışlara kompleks vədavamlı yanaşma formalaşdırmaq üçün dünyanın əsas platformalarındanbiri olaraq əhəmiyyətini daha da artırır", - o qeyd edib.

Chosen
7
az.trend.az

1Sources