EN

“Sevdiğim Sensin” ulduzlarının yaşları - SİYAHI

2026-cı ilin yeni seriallarından biri də “Sevdiğim Sensin”dir.

12 fevralda “Star”  telekanalında yayıma başlayan seriala kifayət qədər böyük maraq var. Layihənin reytinqləri də olduqca yüksəkdir. Çox qısa müddət ərzində həftənin ən çox izlənilən serialları arasında daxil olub. Biz də ona görə sözügedən ekran işinin ulduzlarının yaşlarını araşdırdıq...

Hit.az “Sevdiğim Sensin” ulduzlarının yaşlarını təqdim edir:

1.    Aytac Şaşmaz (Erkan) – 27 yaş (4 avqust 1998)
2.    Helin Kandemir (Dicle) – 21 yaş (2 iyun 2004)
3.    Hüseyin Avni Danyal (Esat) – 63 yaş (12 aprel 1962)
4.    Esra Ronabar (İnci) – 48 yaş (19 iyun 1978)
5.    Deniz Işın (Nilufer) – 33 yaş (28 may 1992)
6.    Özlem Conker (Fatoş) – 52 yaş (1 iyun 1973)
7.    Nihan Büyükağaç (Havva) – 44 yaş (28 sentyabr 1981)
8.    Yılmaz Kunt (Koray) – 31 yaş (19 noyabr 1994).

Pərviz

Chosen
7
hit.az

1Sources