EN

Bəzi tələbələrin şəhərin mərkəzinə girişi qadağan edildi AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kanadada, xüsusilə Toronto və ətraf şəhərlərdə pandemiyadan sonra ictimai nəqliyyatda sərnişin axını ciddi şəkildə artmışdı. Brampton və Mississauga kimi ərazilərdə hətta rekord səviyyədə sıxlıq yaranmışdı. Bu artımın əsas səbəblərindən biri əcnəbi tələbələrin sayının çoxalması idi. Sonradan federal hökumət Ontarioda təhsil ala biləcək beynəlxalq tələbələrin sayına məhdudiyyət tətbiq etdi. 2024-cü ildən etibarən bu qərar immiqrasiya axınını azaltdı və nəticədə ictimai nəqliyyatda sərnişin sayı kəskin şəkildə aşağı düşdü, milyonlarla az səfər qeydə alındı. Yəni, dolayısı ilə tələbə axınının məhdudlaşdırılması nəqliyyat sistemindəki sıxlığa da təsir göstərmiş oldu.Bəs bu qaydalar günün hər saatı tıxac olan Bakı üçün də tətbiq oluna bilər?Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib ki, bu gün idarə olunan nəqliyyat sistemləri xüsusi xüsusiyyətlərə malikdir və gələcək inkişaf perspektivlərini özündə əks etdirir:“Nəqliyyat vasitələrinin idarə olunması zamanı ilk növbədə bu proseslər düzgün şəkildə araşdırılmalı, onların səmərəliliyi artırılmalı və bu istiqamətdə sistemli addımlar atılmalıdır. Məsələn, Kanada dünyanın ən inkişaf etmiş və miqrasiya axınının yüksək olduğu ölkələrdən biridir. Xüsusilə Ottava şəhəri həm istiqamətverici, həm də axını tənzimləyən şəhərlərdən biri kimi qiymətləndirilə bilər. Tələbələr də ictimai axının formalaşmasında mühüm rol oynayırlar. Onlar sosial və iqtisadi hərəkətliliyin əsas iştirakçılarıdır. İctimai axının düzgün idarə olunması isə gəlirlərin səmərəli bölüşdürülməsi, risklərin azaldılması və öhdəliklərin düzgün müəyyənləşdirilməsi deməkdir”.O bildirib ki, bütün bu məsələlər qarşılıqlı əlaqədə olan əsas prinsipləri formalaşdırır:“Bu gün nəqliyyat sistemləri üçün əsas vəzifələrdən biri mövcud problemlərin həlli yollarının tapılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsidir. Bu isə öz növbəsində nəqliyyatın operativliyinə, rentabelliyinə və ümumi effektivliyinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən, bu istiqamətdə atılan addımlar xüsusi əhəmiyyət daşıyır”.Həmçinin oxu:

26 milyon dolları yerə səpdi — Kim nə qədər götürə bilirsə, götürsün (FOTO)

Həyatınızdakı böyük dəyişiklik üçün gerisayım başladı — Mart uğur dolu gəlir

Qiyabi təhsil alan oğlanlara şad xəbərLeyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
demokrat.az

1Sources