EN

Tramp Ağ Evdə Mamdani ilə görüşdü

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nyu-York meri Zöhran Mamdani ilə görüşüb.

Turkustan.az xəbər verir ki, Nyu-York meri Zöhran Mamdani qapalı görüş barədə məlumatı ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşıb.

Mamdani bildirib ki, "Bu günortadan sonra prezident Trampla məhsuldar görüşüm oldu. Nyu-York şəhərində daha çox mənzil tikməyi səbirsizliklə gözləyirəm".

Daha sonra yazdığı paylaşımda Mamdani bildirib ki, Trampla görüşü zamanı bu səhər İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılan Kolumbiya Universitetinin tələbəsi Elaina Ağayeva ilə bağlı narahatlıqlarını ifadə edib və Tramp sonradan ona "Elainanın tezliklə azad ediləcəyini" bildirib.

ABŞ prezidenti Tramp hələlik görüşlə bağlı şərh verməyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
1
turkustan.az

2Sources