EN

BMT rəsmisi: Qlobal məskunlaşma böhranına qarşı təcili tədbirlər görülməlidir

BAKI, 27 fevral. TELEQRAF

Qlobal məskunlaşma böhranına son qoymaq və hamı üçün təhlükəsiz, adekvat yaşayış yerləri təyin edilməlidir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, hazırda qlobal yaşayış yerləri, məskunlaşma çox ciddi böhran halı alır.

"10 il öncə 2016-cı ildə dünya üzrə yeni şəhərsalma gündəliyi qəbul olunmuşdu. Artıq 10 il keçib və irələliləyişləri, boşluqları analiz etməliyik. Bakıdakı bu forum çox önəmlidir. Növbəti 10 il üçün yeni şəhərsalma gündəliyi təyin ediləcək. Növbəti 4 illik fəaliyyət bəyan ediləcək. Hamı üçün hər yerdə yaşayış yerlərinin təminatı məsələlərinə fokuslanacağıq. Kiminsə evinin olmaması bpyük faciədir. Buna görə forum bu məsələyə fokuslanacaq", - BMT rəsmisi vurğulayıb.

Chosen
10
teleqraf.com

1Sources