EN

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılır

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü bu gün atılacaq.

“İki sahil” xəbər verir ki,  tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq. Pükatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Bu raundda Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər.

Liqa mərhələsinin ilk "8-liy"i: "Arsenal" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə), "Sportinq" (Portuqaliya), "Mançester Siti" (İngiltərə).

Pley-off mərhələsinin qalibləri: "Real" (İspaniya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer 04" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Budyo Qlimt" (Norveç).

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10/11 və 17/18 martda keçiriləcək.

Chosen
11
34
ikisahil.az

10Sources