Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən metal emalı müəssisələrindən birində fövqəladə hadisə baş verib.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, istehsalat prosesində istifadə olunan yüksək temperatur sobasında yaranan nasazlıq partlayışa səbəb olub.Nəticədə müəssisədə çalışan üç nəfər – 1994-cü il təvəllüdlü Elməddin İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Davidov və 1997-ci il təvəllüdlü Coşğun Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Əraziyə dərhal təcili tibbi yardım briqadaları çağırılıb. Zərərçəkənlər xəstəxanaya aparılıb və onlara müvafiq tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır, təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması məsələsi də yoxlanılır.
Turab
NOCOMMENT.az