Ələtdə kişi hündürlükdən yıxılaraq ölüb.
KONKRET.az xəbər verir ki, Valid Şəmsəddin oğlu Səfərov Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində elektrik dayağına elektrik naqili quraşdıran zaman 15 m hündürlükdən yıxılıb.
Xəstəxanaya yerləşdirilən V.Səfərov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.