EN

İnsanlarla danışan "dindar" robot yaradıldı

Yazını böyüt
Yazını kiçilt

Yaponiyada insanlarla danışa bilən dini robot hazırlanıb.

Hafta.az xəbər verir ki, məlumata görə, Kioto Universiteti, eləcə də "Teraverse" və XNOVA şirkətləri humanoid buddist robot - Buddharoid təqdim ediblər. Robot Çinin "Unitree Robotics" şirkətinin "Unitree G1" modeli əsasında hazırlanıb və "BuddhaBot-Plus" sistemi ilə işləyir.

Bildirilib ki, Buddharoid "ChatGPT"nin son versiyası əsasında fəaliyyət göstərir. O, buddist mətnlərindən sitatlar gətirərək istifadəçilərin suallarına cavab verir və "OpenAI" modelinin imkanlarından istifadə etməklə izahlar təqdim edir.

Robot sərbəst şəkildə yeriyə, əyilə və əllərini bir-birinə sıxa bilir. Tərtibatçılar qeyd edirlər ki, bu, iki ayaq üzərində hərəkət edən və təbii danışıq qabiliyyətinə malik ilk dini süni intellekt robotudur./TASS/

Chosen
29
hafta.az

1Sources