Yazını böyüt
Yazını kiçilt
Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın ən azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
Hafta.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi məntəqəsini məhv edib, daha 9 məntəqəni isə nəzarətə götürüb. Tanklar, artilleriya qurğuları və zirehli transportyor da daxil olmaqla, 80-dən çox hərbi texnikaya ziyan dəyib.
Nazir əlavə edib ki, Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə zərbələr endirilib və itkilərin sayının artması mümkündür.