EN

Blumberqdən 1 trilyon dollarlıq "dağıntı" təhlili: İnvestorlar Bitkoini niyə tərk edir?

Zirvə nöqtəsindən 40%-dən çox dəyər itirən Bitkoin ənənəvi bərpa dinamikasının işləmədiyi kritik bir dövrə qədəm qoyub. Blumberqin araşdırmasına görə, bazardan 1 trilyon dolların "buxarlandığı" bu proses Bitkoinin əsas mahiyyətinin sorğulanmasına səbəb olur.

Milli.Az xəbər verir ki, geosiyasi risklər və inflyasiya dövründə Bitkoin gözlənilən "təhlükəsiz liman" rolunu oynaya bilmədi. Qızıl ETF-lərinə son 3 ayda 16 milyard dollar daxil olduğu halda, Bitkoin ETF-lərindən 3,3 milyard dollar vəsait çıxarılıb.

Artıq spekulyativ qazanclar üçün təkcə kriptovalyutalar yoxdur. İnvestorlar proqnoz bazarlarına (prediction markets) və əmtəə birjalarına yönəlirlər.

"Securitize" şirkətinin rəhbəri Karlos Dominqo bildirir ki, "bu gün heç kim Bitkoini bir ödəniş mexanizmi kimi görmür". Sahənin nəhəngləri artıq sabit koinlərə (stablecoins) daha çox üstünlük verirlər.

Spot ETF-lərin dövriyyəyə girməsi Bitkoini sıradan bir maliyyə alətinə çevirdi. Bu isə onun "sistemə alternativ" imicini zəiflədib və onu ənənəvi birja dalğalanmalarına daha həssas edib.

Ekspert rəyləri:
Ouen Lamont (Acadian Asset Management): "Artıq ortada bir yüksəliş yox, eniş hekayəsi var. Bu isə yaxşı hekayə deyil."

Den Morhed (Pantera Capital): O, daha nikbindir. Bitkoinin əvvəllər də Mt. Gox və Çin qadağası kimi böhranlardan keçdiyini və şəbəkənin hər zaman ayaqda qaldığını xatırladır.

Lalə Qüdrətova
Milli.Az

Chosen
29
1
milli.az

2Sources