EN

766 gün əsirlikdə qalan Xasay Cabbarov: Kəlbəcərə qayıdış həsrəti ilə yaşamışam

BAKI, 27 fevral. TELEQRAF

1993-cü ildə Kəlbəcərin işğalı zamanı əsir düşən Xasay Cabbarov doğma yurduna qayıdış ərəfəsində keçirdiyi hissləri bölüşüb.

Teleqraf xəbər verir ki, 1943-cü il təvəllüdlü Xasay Cabbarov jurnalistlərə açıqlamasında əsirlikdə 766 gün saxlanıldığını bildirib.

Onun sözlərinə görə, həmin müddətdə Şuşa və Xankəndi həbsxanalarında saxlanılıb: “1993-cü ildə Kəlbəcər işğal ediləndə əsir düşmüşəm. Öz iradəm sayəsində əsirlikdə sağ qalmışam. 766 gün sonra Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində girovluqdan geri qaytarılmışam”.

X.Cabbarov qeyd edib ki, bütün bu illər ərzində Kəlbəcərə qayıdış arzusu ilə yaşayıb: “Bu müddət ərzində Kəlbəcərə qayıdış həsrəti ilə yaşamışam. Bu günün sevincini bizə yaşatdığına görə cənab Prezidentə təşəkkür edirəm”.

O əlavə edib ki, işgəncə və əzab verən şəxslərin məhkəmə qarşısında cavab verməsi onun üçün ayrıca təsəllidir: “Həm də ona görə xoşbəxtəm ki, bizə bu əzabı, işgəncələri yaşadanlar Bakıda məhkəmə qarşısında cavab verdilər”.

Chosen
39
teleqraf.com

1Sources