EN

Süd Yolu qalaktikasında qara dəlik sürüsü dolaşır: Palomar 5 in sirri açıldı

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Astronomlar Süd Yolu qalaktikasının uzaq nöqtələrində yerləşən "Palomar 5" ulduz topasının mərkəzində 100-dən çox qara dəliyin gizləndiyini aşkar ediblər. Bu görünməz nəhənglər ulduz topasını daxildən parçalayaraq onu qeyri-adi bir formaya salır.

Milli.Az xəbər verir ki, bizdən təxminən 80 min işıq ili uzaqlıqda yerləşən Palomar 5 göy üzündə 30 min işıq ili boyunca uzanan bir "ulduz çayı"na (axıntısına) sahibdir. Alimləri maraqlandıran isə bu ulduzların niyə bu qədər dağınıq və uzun bir zəncir şəklində olması idi.

Barselona Universitetinin astrofiziki Mark Qiles və komandası kompüter simulyasiyaları vasitəsilə maraqlı bir nəticəyə gəliblər.

Topanın ümumi kütləsinin 20%-dən çoxu qara dəliklərdən ibarətdir. Bu, gözləniləndən 3 dəfə çoxdur.

Mərkəzdəki qara dəliklərin güclü cazibə qüvvəsi ulduzları sapand kimi xaricə fırladır. Bu səbəbdən topadakı ulduzlar azalır, qara dəliklərin nisbəti isə artır.

Təxminən 1 milyard il sonra Palomar 5-də bir dənə də olsun ulduz qalmayacaq. Geriya yalnız qalaktika mərkəzi ətrafında dövr edən "qara dəlik sürüsü" qalacaq.Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
news.milli.az

10Sources