Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
BMT Təhlükəsizlik Şurasının 2 mart tarixində keçiriləcək iclasına ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp sədrlik edəcək.
APA xəbər verir ki, bu barədə o öz “X” hesabında məlumat verib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sədrliyi 1 martdan etibarən bir ay müddətinə ABŞ-a keçəcək.
Bu, ABŞ administrasiya rəhbərinin və ya hər hansı bir dünya liderinin həyat yoldaşının BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyi ilk hadisə olacaq.
Melaniya Trampın iclasda qlobal sülh üçün təhsilin və maarifləndirmənin əhəmiyyəti mövzusunda çıxış etməsi gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.