EN

UEFA Avropa Liqası: Fənərbağça turnirlə vidalaşdı, Selta növbəti mərhələdə VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

UEFA Avropa Liqasının pley-off mərhələsinin son oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşləri çərçivəsində səkkiz oyun baş tutub.

Gecənin maraqla gözlənilən qarşılaşması "Nottingem Forest" (İngiltərə) və "Fənərbağça" (Türkiyə) klubları arasında keçirilib. İstanbul təmsilçisi rəqibini məğlub edib - 1:2. İlk matçda qonaqlar səfərdə 0:3 hesabı ilə qalib gəldiklərinə görə, ingilis klubu iki görüşün yekununda (4:2) adını 1/8 final mərhələsinə yazdırıb.

"Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan) qarşılaşmasında ev sahibləri minimal hesablı qələbəyə seviniblər - 1:0. Tərəflər arasında ilk görüş ispanların 2:1 hesablı qalibiyyəti ilə başa çatdığından "Selta Viqo" adını növbəti mərhələyə yazdırıb.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) - 2:0 (ilk oyun 1:2);

"Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)- 1:1 (penaltilərdə 3:4) (2:2).

"Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 0:2 (əlavə vaxtda) (1:0);

"Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya) - 0:1 (4:1).

"Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 1:0 (1:0);

"Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya) 3:3 (3:1);

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
oxu.az

1Sources